Kəmaləddin Heydərov yanğın yerində

   Kəmaləddin Heydərov yanğın yerində
  12 May 2020    Oxunub:5242
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğınla əlaqədar hadisə yerinə gəlib.
Bu barədə Azvision.az -a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Hazırda nazir müavini, general-leytenant Etibar Mirzəyev də hadisə yerindədir.

Qeyd edək ki, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti