Bakı metrosunda texniki nasazlıq olub

 Bakı metrosunda texniki nasazlıq olub
  12 May 2020    Oxunub:3185
Metroda gecə işlərini başa vurduqdan sonra xətti tərk edən sonuncu təsərrüfat qatarında texniki nasazlıq yaranıb.
Bu barədə Azvision.az -a “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, nasazlıq aradan qaldırıldıqdan sonra Bakı metropoliteninin xətləri təlimat tələblərinə uyğun olaraq təkrarən yoxlanıldıqdan sonra elektrik qatarları xəttə buraxılıb və stansiyalar 08:00-dan sərnişinlərin girişinə açılıb.

Azvision.az


Teqlər: Metro  





Xəbər lenti