Prezident İlahiyyat İnstitutuna rektor təyin etdi - FOTO

  12 May 2020    Oxunub : 3043
 Prezident İlahiyyat İnstitutuna rektor təyin etdi - FOTO
Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, A.Şirinov 1979-cu ilin sentyabrın 28-də Kəlbəcər şəhərində anadan olub. O, bu təyinata qədər Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru olub. Eyni zamanda, Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsini müvəqqəti icra edib.



Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Sərəncam   Rektor