İctimai nəqliyyatda maska taxmayanlar cərimələnəcək? - RƏSMİ

 İctimai nəqliyyatda maska taxmayanlar cərimələnəcək? -  RƏSMİ
  12 May 2020    Oxunub:4904
Tibbi maskadan istifadə etməyən şəxslər ictimai nəqliyyata buraxılmır.

Bunu Azvision.az -a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
Onun sözlərinə görə, sərnişinlərin maskadan istifadə etməsi tələb olunur. Əks halda onlar ictimai nəqliyyata buraxılmayacaqlar.

“Yalnız maska taxdıqdan sonra onların ictimai nəqliyyatdan istifadəsinə icazə verilir. Vətəndaşların maska taxmamağa görə cərimələnməsi hələ yoxdur, lakin belə tələb var”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Maska   İctimai-nəqliyyat  





Xəbər lenti