Şeyxin dəfnində partlayış - 17 nəfər öldü

Şeyxin dəfnində partlayış -  17 nəfər öldü
  12 May 2020    Oxunub:3750
Əfqanıstanın Nangərhar əyalətinin Heva rayonunun polis rəisi Hacı Şeyx İkramın dəfn mərasimində baş vermiş partlayış nəticəsində ən azı 17 nəfər həlak olub.
Azvision.az xəbər verir ki, bu barədə "Tolo News" məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı dəfndə iştirak edən 50-dən çox insan yaralanıb. Yerli polisin verdiyi məlumata görə, hadisə mərasimdə iştirak edən kamikadze tərəfindən törədilib.

Əfqanıstanda fəaliyyət göstərən ekstremist qruplardan heç biri bu partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Əfqanıstan   partlayış  





Xəbər lenti