Xaricdə olan 20 min azərbaycanlı vətənə gətirilib
"Dövri sərtləşdirilmiş məhdudlaşdırıcı tədbirlərin nəticəsi müsbət olmuşdur və son üç həftə ərzində Azərbaycanda müsbət tendensiya müşahidə olunur. Yəni, koronavirusdan sağalmış insanların sayı yoluxmuş insanlardan çoxdur. Ölüm hallarının nisbətinin aşağı olması işin müsbət istiqamətdə aparıldığını göstərir. Mayın ayının 4-dən etibarən Azərbaycan məhdudlaşdırıcı tədbirlərin yumşaldılmasının ikinci fazasına keçib.
Hesab edirəm ki, MDB, COVID-19 koronavirus infeksiyasının yayılması ilə mübarizədə birgə səyləri müzakirə etmək, habelə milli səviyyədə həyata keçirdiyimiz tədbirlərlə bağlı təcrübə mübadiləsi, lazımlı vaxtda bir-birimizə dəstək nümayiş etdirmək və xalqlarımız arasında həmrəyliyi gücləndirmək üçün vacib bir platformadır.
Əziz həmkarlar, hazırkı gündəlik beynəlxalq gənclər əməkdaşlığı kimi humanitar əməkdaşlığın, eləcə də bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığın inkişafı kimi aktual məsələlərin müzakirəsini nəzərdə tutur. Azərbaycanda bu sahələrə böyük diqqət yetirilir. Humanitar sahədə və mədəniyyət sahəsində ənənəvi sıx əlaqələr ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün münbit zəmin təşkil edir", - E.Məmmədyarov çıxışında bildirib.
Azvision.az
Teqlər: XİN Azərbaycanlı