Azərbaycanda yanğınların sayı artıb
Onun sözlərinə görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə yanğın hadisələrinin sayı 1,8 dəfə çoxdur.
“Yanğınların sayının artmasına səbəb yanvar və fevral aylarında havaların quraq keçməsi və yağıntıların miqdarının az düşməsi olub. Nəticədə açıq sahələrdə yanğın hadisələri çoxalıb. Baş verən yanğınların 65-70 faizi açıq sahələrdə olub. Yaşayış sektoru, nəqliyyat sektorunda baş verən yanğınlarda 10 faiz artım qeyd alınıb, yəni ciddi artım olmayıb. Ötən illə müqayisədə yanğında həlak olanların sayı 2 dəfə azalıb. Yanğında xəsarət alanların sayı da ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faizdən çox azalıb”.
Aytən Zəhra
Azvision.az