Mərkəzi Bankın “qaynar xətti”nin işi gücləndirilib

Mərkəzi Bankın “qaynar xətti”nin işi gücləndirilib
  12 May 2020    Oxunub:4340
Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankının (AMB) inzibati binalarında vətəndaşların qrup və fərdi surətdə qəbullarının müvəqqəti təxirə salınması ilə əlaqədar bankda fəaliyyət göstərən “qaynar xətt”in iş rejimi gücləndirilib, operatorların sayı artırılıb, iş günlərində “qaynar xətt”in fasiləsiz iş qrafiki təmin edilib.
AMB-dan Azvision.az -a verilən məlumata görə, banklarla bağlı hüquqi və fiziki şəxslərin şikayət və sorğularının cavablandırılması imkanlarının genişləndirilməsi və operativliyinin artırılması məqsədilə Mərkəzi Bankın “966” “qaynar xətti” istifadəyə verilib. Həmçinin Mərkəzi Bank tərəfindən respublika ərazisində fəaliyyət göstərən banklara inzibati binalarında (filial, şöbə) “966” “qaynar xətti” barədə məlumat lövhəsinin yerləşdirilməsi barədə göstəriş verilib. Buna əsasən, hüquqi və fiziki şəxslər banklar tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu hallarla, həmçinin Mərkəzi Bankın səlahiyyətlərinə aid məsələlər barədə məlumat və sorğu xarakterli müraciətlərlə bağlı Mərkəzi Bankın “966” “qaynar xətti”nə zəng edə bilərlər.

Mərkəzi Bankın “966” “qaynar xətti” iş günləri hesab edilən bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək zəngləri qəbul edir. Eyni zamanda, müraciətlərin qəbulu və onların icra vəziyyəti ilə bağlı vətəndaşların məlumatlandırılması +99412 493-50-58 və +99412 493-11-22 telefon nömrəsi vasitəsilə həyata keçirilir.

Azvision.az



Teqlər: AMB  





Xəbər lenti