Koronavirusa yoluxanların sayı 4,3 milyonu keçdi

   Koronavirusa yoluxanların sayı 4,3 milyonu keçdi
  13 May 2020    Oxunub:5056
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 4 milyon 303 min 440 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 289 min 649 nəfərdir. İndiyədək 1 milyon 551 min 726 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti