TƏBİB: Bu gün 4737 nəfər koronavirus testi verib

     TƏBİB:  Bu gün 4737 nəfər koronavirus testi verib
  13 May 2020    Oxunub:5398
Azərbaycanda koronavirusla bağlı 12 may 2020-ci il tarixinə olan göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 4737 test aparılıb. İndiyədək həyata keçirilən testlərin sayı 202 min 282-yə çatıb. Hazırda reanimasiyada olan xəstə sayı 26, süni tənəffüs cihazında olan xəstə sayı 9-dur.



Qeyd edək ki, Azərbaycanda indiyədək 2693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1735 nəfər müalicə olunaraq sağalıb, 33 nəfər vəfat edib, 925 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti