ÜST: Vaksin üçün 7-8 ən yaxşı namizəd var

      ÜST:    Vaksin üçün 7-8 ən yaxşı namizəd var
  13 May 2020    Oxunub:3301
Koronavirusa qarşı vaksin üçün təqribən 7-8 ən yaxşı namizəd var.
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Hebreyesus bildirib.

Onun sözlərinə görə, 40 ölkənin liderlərinin, təşkilat və bankların tədqiqat, müalicə və test üçün vəd etdikləri 7,4 milyard avronun (8 milyard dolların) dəstəyi ilə çevik səylər göstərilir.

ÜST rəhbəri, həmçinin deyib ki, 8 milyard dollar yetərli deyil. Vaksinin yaradılmasının sürətləndirilməsi, onun hamıya çatması, heç kimin kənarda qalmaması üçün yetərincə istehsal edilməsi üçün əlavə vəsait lazımdır.

"İndi yaxşı namizədlərimiz var. Ən yaxşıları yeddi, ya da səkkizdir. Namizədlərin ümumi sayı yüzdən çoxdur. Amma biz onların yalnız bir neçəsinə bel bağlayırıq. Çox güman, ən yaxşı nəticələri əldə etməyi və yüksək potensiallı namizədləri hərəkətə gətirməyi də, onlar bacaracaqlar", - deyə baş direktor qeyd edib.

Azvision.az


Teqlər: ÜST   Vaksin  





Xəbər lenti