Prezident Administrasiyasında vətəndaşların videoqəbulu təşkil olunacaq

 Prezident Administrasiyasında vətəndaşların videoqəbulu təşkil olunacaq
  13 May 2020    Oxunub:4017
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Azvision.az xəbər verir ki, fərmanla “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası” təsdiqlənib.

Sənədə əsasən, Prezident Administrasiyası və yerli icra hakimiyyəti orqanlarına videoqəbulların təşkili və həyata keçirilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.

Azvision.az


Teqlər: Prezident   Administrasiyası  





Xəbər lenti