Azərbaycanda daha 65 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

  13 May 2020    Oxunub : 4213
 Azərbaycanda daha 65 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
Azərbaycan Respublikasında 65 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949 və 1961-ci il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 2758 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1789 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib, 934 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 30 nəfərin vəziyyəti ağır, 44 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 208.546 test aparılıb.

Azvision.az

Teqlər: Koronavirus   Qərargah