“Azərbaycan dünyada nümunə kimi göstərilir” - Prezidentin köməkçisi

 “Azərbaycan dünyada nümunə kimi göstərilir” -    Prezidentin köməkçisi
  13 May 2020    Oxunub:4613
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirus pandemiyasına qarşı ciddi mübarizə aparılır.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, görülən işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, Azərbaycan dünyada nümunə kimi göstərilir:

"Azərbaycan milli səviyyədə naliyyətlərin davamı olaraq, beynəlxalq səviyyədə də görülən tədbirləri dəstəkləyir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının zirvə toplantısı keçirilib. Bütün bunlar Azərbaycanın qlobal əməkdaşlığa verdiyi mühüm töhfədir".

Azvision.az


Teqlər: Prezidentinköməkçisi  





Xəbər lenti