“Ermənistan girovların qaytarılmasından boyun qaçırır” - Hikmət Hacıyev

 “Ermənistan girovların qaytarılmasından boyun qaçırır” -    Hikmət Hacıyev
  13 May 2020    Oxunub:4579
Beynəlxalq ictimaiyyətin müraciəti əsasında qlobal pandemiya dövründə humanist prinsiplərdən çıxış edərək əsirlərin və girovların dəyişdirilməsi həyata keçirilməlidir. Lakin Ermənistan tərəfi girovların geri qaytarılmasından boyun qaçırır.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

"Biz "Hamının hamıya" prinsipi ilə əsir və girovların dəyişdirilməsinə çalışırıq. Lakin təəssüflər olsun ki, Ermənistan tərəfindən bu məsələdə konstruktivlik nümayilş etdirilmir. Düşünürük ki, beynəlxalq aidiyyatı təşkilatlar, xüsusilə humanitar məsələlərlə məşğul olan təhcizatlar bu istiqamətdə əlavə səylər göstərəcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti