Xaricdə koronavirusdan ölənlər arasında azərbaycanlılar da var

  13 May 2020    Oxunub : 2906
 Xaricdə koronavirusdan ölənlər arasında azərbaycanlılar da var
Xaricdə yaşayan azərbaycanlılar arasında koronavirusa yoluxma və ölüm halları var.
Azvision.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

"Ölən vətəndaşların nəşinin geri qaytarılmasına icazə verilir. Bunun həyata keçirilməsi üçün mövcud vəziyyətdə həmin dövlətlərin aidiyyatı qurumlar ilə işlər həyata keçirilir və vəfat edən şəxslərin nəşinin geri qaytarılması təmin edilir", - deyə XİN rəsmisi bildirib.

Aytən Zəhra
Azvision.az

Teqlər: XİN   Koronavirus