Peşə təmayüllü siniflərə IX sinfi bitirənlər qəbul ediləcək

Peşə təmayüllü siniflərə IX sinfi bitirənlər qəbul ediləcək
  13 May 2020    Oxunub:3761
Peşə təmayüllü siniflərə həmin ümumi təhsil müəssisəsinin və inzibati ərazidəki digər ümumi təhsil müəssisələrinin IX sinfini bitirmiş şəxslər qəbul edilir. Qəbul könüllülük prinsipi əsasında həyata keçirilir.
Azvision.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarında öz əksini tapıb.

Qərarda bildirilir ki, peşə təmayüllü siniflərdə təhsil almaq istəyənlər həmin siniflərin təşkil olunduğu müəssisənin rəhbərliyinə ərizə ilə müraciət etməlidirlər.

Azvision.az


Teqlər:





Xəbər lenti