Azərbaycanda daha 6264 nəfər koronavirus testindən keçib

 Azərbaycanda daha 6264 nəfər koronavirus testindən keçib
  14 May 2020    Oxunub:4748
Azərbaycanda koronavirusla bağlı 13 may 2020-ci il tarixinə olan göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 6264 test aparılıb. İndiyədək həyata keçirilən testlərin sayı 208 min 546-ya çatıb. Hazırda reanimasiyada olan xəstə sayı 27, süni tənəffüs cihazında olan xəstə sayı 10-dur.

Qeyd edək ki, Azərbaycanda indiyədək 2758 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1789 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib, 934 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 30 nəfərin vəziyyəti ağır, 44 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti