Ermənişünas alim: “Paşinyan babasının yolunu davam etdirir”

  Ermənişünas alim:  “Paşinyan babasının yolunu davam etdirir”
  14 May 2020    Oxunub:5503
Ermənilərin genetikasında irqçiliyə, faşizmə meyil güclüdür. Bunu dünyanın əksər ölkələrində aparılan araşdırmalar göstərir.

Bunu Azvision.az-a açıqlamasında ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı deyib. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın babasının faşistlərə xidmət etməsi, SSRİ-yə qarşı vuruşması təəccüblü deyil.
"Ermənilərin genetikasında faşizm var. Araşdırmalarım göstərir ki, ermənilər onlar üçün lazım olanda nəinki almanlarla, başqa xalqlarla da əməkdaşlıq edə bilərlər. Paşinyanın özü də faşizmə meyilli adamdır. Bunu Qaragen Njdeyə heykəl qoyulması məsələsində gördük. Ermənilərin qəhrəmanı yoxdur. Ona görə terrorçuları qəhrəman hesab edirlər".

Q.Çaxmaqlının sözlərinə görə, ermənilər bədbəxt millətdir, çünki özünə faşisti qəhrəman seçən millət yazıqdır: "İndiki Ermənistan cəmiyyəti faşist ideologiyası ilə yüklüdür. Nikol Paşinyanın özü də faşizmi dəstəkləyir. Təbiidir ki, onun babası bu işlərlə məşğul olub. Paşinyan da babasının yolunu davam etdirir".

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan faşizm üzərində qələbənin 75 illiyi münasibətilə sosial şəbəkə hesabında babasının fotosunu paylaşıb. Paşinyan iddia edib ki, babası 138-ci diviziyanın 554-cü atıcı alayında xidmət edib və 1943-cü ildə müharibədə həlak olub. Erməni baş nazirin paylaşımı birmənalı qarşılanmayıb. Onun babası haqqında məlumatlar araşdırılarkən üzə çıxıb ki, Nikolay Vartanoviç Paşinyan 1943-cü ildə Qaregin Njdenin dəstəsində faşistlərin tərəfində SSRİ-yə qarşı vuruşub.

Aytən Zəhra
Azvision.az



Teqlər: Ermənistan   Paşinyan   Faşist  





Xəbər lenti