Əfqan Sadıqova cinayət işi açılıb - Rəsmi açıqlama

  14 May 2020    Oxunub : 3489
Əfqan Sadıqova cinayət işi açılıb - Rəsmi açıqlama
Mətbuatda “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumat yayılıb.

Azvision.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumatı təsdiq edib.
Onun sözlərinə görə, Əfqan Sadıqovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb:

“İş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Əfqan Sadıqov Cinayət Məcəlləsinin konkret maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Təfərrüatları barədə tərəfimizdən ictimaiyyətə əlavə məlumat veriləcək”.

Azvision.az

Teqlər: Baş-Prokurorluq