Natiq Cəfərli Milli Şuranı ifşa etdi: “Hərəsinin 15-20 saxta profili var”

 Natiq Cəfərli Milli Şuranı ifşa etdi:    “Hərəsinin 15-20 saxta profili var”
  14 May 2020    Oxunub:9893
"Gənc olmayan hitlerçilərə geniş cavab vermək istəmirəm, amma Gültəkinin layklar, şərhlərdə olan söyüşlər və internet baxışları haqqındakı cümlələr bir daha təsdiq etdi ki, bunlar 100 nəfərin hərəsinə 15-20 saxta profil açmaqla layklar və disklayklar qoyurlar, şərhlərə söyüş yazdırırlar ki, sonradan bunu öz cılız və axmaq "arqumentlərinə" çevirsinlər. Bunu hamı bilirdi, amma indi daha aydın və aşkar göründü. Onların REAL və Müsavat haqqında dedikləri alçaq cümlələr olmasaydı, yəqin ki, belə geniş şərh yazmazdım".
Azvision.az xəbər verir ki, bunu ReAl partiyasının icraçı katibi Natiq Cəfərli Milli Şuranın iclasında səsləndirilən fikirlərə cavab olaraq deyib.

N.Cəfərli Milli Şura adlı təşkilatın ümumiyyətlə mövcud olmadığını bildirib. O, fikirlərini belə əsaslandırıb: "Bir çox dostlar Milli Şuranın buraxılmasını tələb edir, olmayan qurum necə buraxılacaq ki?! Milli Şura yoxdur, AXCP var, o partiya özünə oyuncaq yan qurum kimi Milli Şuranı saxlayırdı ki, məsələn, xaricilərlə görüşəndə iki təmsilçi ilə getsinlər və ya daxildə hər hansı bir siyasi birlik ideyası olsa, ora hər iki qurumdan təmsilçi salaraq səsvermədə üstünlük qazansınlar, vəssalam. Bu qədər primitiv və köhnədilər. Bunların nə demokratiya dərdi var, nə də haqq-hüquq gündəliyi, çünki o dəyərlər haqqında təsəvvürləri belə yoxdur. Videoları da çox güman ki, öz içlərində olanlar sızdırıb. Zatən içlərində hökumətə işləməyən çətin tapıla.Onların siyasət anlayışı o qədər primitiv, keçmişləri o qədər qaranlıqdır ki, istənilən başqa cür düşünən, davranan siyasi təşkilatı həmən düşmən görüb, sıradan çıxartmağa çalışırlar".

Azvision.az


Teqlər: ReAL   Milli-Şura  





Xəbər lenti