Müsavat partiyası: “Cəmil Həsənli üzr istəməlidir”

  14 May 2020    Oxunub : 3178
 Müsavat partiyası: “Cəmil Həsənli üzr istəməlidir”
"Cəmil Həsənli Müsavat Partiyasından üzr istəməlidir"
Azvision.az xəbər verir ki, bunu Müsavat başqanının müavini Səxavət Soltanlı Milli Şuranın iclasında səsləndirilən fikirlərə cavab olaraq "Facebook" səhifəsində yazıb.

"Bunların iclaslarına, etdikləri müzakirələrə, ritorikalarına diqqət edin. Mən əlavə şərh etmək istəmirəm. Digərlərinin işi-gücü Müsavata qarşı şər-böhtan danışmaq və yaymaq olduğu üçün, faktiki Müsavata qarşı trolluqla məşğul olduqlarından onlarla işim yoxdur. Bir daha Cəmil Həsənlidən Müsavat Partiyasından üzr istəməsini tələb edirəm", - deyə partiya nümayəndəsi bildirib.

Qeyd edək ki, Cəmil Həsənli Milli Şuranın onlayn toplantısında Müsavat üzvlərini bədbəxt adlandırıb.

Azvision.az

Teqlər: Müsavat