1400-dən çox avtobusda şəffaf arakəsmələr quraşdırılıb

  14 May 2020    Oxunub : 2906
1400-dən çox avtobusda şəffaf arakəsmələr quraşdırılıb
Qısa vaxt ərzində artıq sərnişindaşımalara cəlb edilən 1400-dən artıq avtobusda şəffaf arakəsmələrin quraşdırılması təmin edilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Azvision.az -a verilən məlumata görə, əlavə olaraq 553 avtobusda da istehsalçı tərəfindən quraşdırılan kabinalar mövcuddur:

“Qalan digər avtobuslarda da arakəsmələrin quraşdırılması üçün iş aparılır. Eyni zamanda, taksi minik avtomobillərində də bu iş həyata keçirilir”, - deyə BNA-dan bildirilib.

Azvision.az

Teqlər: BNA   Avtobus