Kafe və restoranlar yeni qaydalar əsasında işləyəcək

Kafe və restoranlar yeni qaydalar əsasında işləyəcək
  14 May 2020    Oxunub:3446
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “ictimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər" əsasında qaydalar hazırlayıb.
Azvision.az TƏBİB-ə istinadən xəbər verir ki, bu qaydalara riayət etməklə, məsuliyyətli vətəndaş olaraq özümüzü və ətrafdakıları COVID-19 infeksiyasından qoruya bilərik:

- Yemək hazırlanarkən bişirilmə temperaturuna riayət edilməli, lazımi temperatur dərəcəsinə qədər bişirilməmiş yeməklərlə qidalanmadan qaçınılmalıdır.

- Müəssisə birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməlidir.

- Mətbəxdə, heyət otaqlarında sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işləri aparılmalıdır.

- Qida qəbulu zallarında ara məsafəsi eyni masa arxasında 1 metrdən az, masalar arası məsafələr 2 metrdən az olmamalıdır.

Azvision.az


Teqlər: TƏBİB  





Xəbər lenti