"Əsirlərin dəyişdirilməsi hər zaman gündəmdədir" - Rusiya XİN

  14 May 2020    Oxunub : 2939
 "Əsirlərin dəyişdirilməsi hər zaman gündəmdədir" - Rusiya XİN
Azərbaycanla Ermənistan arasında əsirlərin dəyişdirilməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair aparılan danışıqlarda hər zaman gündəmdədir.
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

XİN rəsmisi bildirib ki, həbsdə olanların yaxın qohumları tərəfindən ziyarət edilməsi ilə bağlı ötən il Moskvada qərar qəbul edilib.

"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə digər həbsdə olanların taleyi ilə bağlı məsləhətləşmələr davam etdirilir. Biz bunu diqqətdə saxlayacağıq", - deyə Zaxarova vurğulayıb.

Azvision.az

Teqlər: Zaxarova   Rusiya   XİN