Avtoxuliqanlıq edən sürücü həbs edilib
Eləcə də istifadəsində olan nəqliyyat vasitələrinin konstruksiyalarına dəyişikliklər etməklə paytaxt yollarında yol polisi əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərmiş, avtomobillərinə quraşdırılan, istifadəsi qanunla qadağan olunan sayrışan işıqlar, yüksək avazlı səs siqnallarından, saxta qeydiyyat nişanlarından istifadə etməklə avtoxuliqanlıq hərəkətlərini davam etdirib. Əksər hallarda avtomaşınlarını dövlət qeydiyyat nişanları olmadan nəqliyyat axının əksinə hərəkət etdirib.
M.Hüseynli mayın 12-də növbəti avtoxuliqanlıq hərəkətləri edərkən Binəqədi DYPŞ əməkdaşları tərəfindən saxlanılıb və barəsində toplanmış materiallarla birlikdə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə o, 30 sutka inzibati qaydada həbs edilib.
Azvision.az
Teqlər: Avtoxuliqan Sürücü Həbs