İsmayıllıda yağış kənd təsərrüfatına ziyan vurub

İsmayıllıda yağış kənd təsərrüfatına ziyan vurub
  15 May 2020    Oxunub:5573
Mayın 14-də saat 16:35 radələrində bir saat ərzində İsmayıllı rayonunun Girdimançay-Qaranohur məntəqəsində güclü leysan yağış-dolu ilə müşahidə edilib.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az-a verilən məlumata əsasən, bir saat ərzində yağıntının miqdarı 42 millimetr olub. Saat 20:00-da isə 49 millimetr təşkil edib. Nəticədə kənd təsərrüfatına və yollara ziyan dəyib. Çaydan sel keçib.

Azvision.az


Teqlər: İsmayıllı   Yağış  





Xəbər lenti