197 Azərbaycan vətəndaşı Kiyevdən Bakıya gətirildi

  14 May 2020    Oxunub : 4550
 197 Azərbaycan vətəndaşı Kiyevdən Bakıya gətirildi
Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən 14 may tarixində Kiyevdən Bakıya çarter reysi yerinə yetirilib.
"Azərbaycan Hava Yolları" QSC-dən Azvision.az-a verilən məlumata görə, həmin reyslə 197 nəfər Azərbaycan vətəndaşı çatdırılıb.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.



Azvision.az

Teqlər: AZAL   Kiyev