Prezidentin tövsiyələrinə uyğun olaraq prokurorluqda islahatlara start verilib

 Prezidentin tövsiyələrinə uyğun olaraq prokurorluqda islahatlara start verilib
  15 May 2020    Oxunub:4127
Bir neçə rayonun prokuroru işdən çıxarılıb.
Azvision.az -ın məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov, Yevlax rayon prokuroru Elxan Pənahov tutduqları vəzifədən azad ediliblər.

K.Əliyevin digər əmri ilə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi Niyaz Məmişov da işdən çıxarılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov Azvision.az -ın sorğusuna cavabında faktı təsdiqləyib. Qeyd edib ki, həmin şəxslər “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdıqlarına görə Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə tutduqları vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib.

E.Sultanov, həmçinin bildirib ki, Baş prokuror K.Əliyevin imzaladığı digər əmrlə Ağstafa rayon prokuroru Aslan Surxayev isə tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, yeni Baş prokuror Kamran Əliyevi video konfrans formatında qəbul edən Prezident İlham Əliyev Prokurorluq orqanlarına islahatların aparılmasına dair öz tövsiyələrini verib.

Azvision.az


Teqlər: Baş-Prokurorluq   İslahat   Kadr  





Xəbər lenti