Masallıda qəza: Sürücü yanaraq öldü

  15 May 2020    Oxunub : 2323
Masallıda qəza: Sürücü yanaraq öldü
Masallıda yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, mayın 14-də saat 19 radələrində Masallı rayonunun Həsənli kəndi ərazisində kənd sakini İsa Soltanovun idarə etdiyi “ZİL” və Yardımlı rayon sakini Ü.Əbişovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşduqdan sonra “ZİL” markalı avtomobildə yanğın baş verib. Nəticədə yanıq xəsarəti almış sürücü hadisə yerində ölüb.

Masallı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: Masallı   Qəza   Yol