Məmməd Musayev: “Sahibkarlar bizdən güzəşt istəyirlər”

    Məmməd Musayev:    “Sahibkarlar bizdən güzəşt istəyirlər”
  15 May 2020    Oxunub:4273
Bu gün quşçuluq sektorunda olan sahibkarlar bizə daha çox müraciət edirlər. Onların qida məhsulları xaricdən gəldiyi üçün güzəştlər istəyirlər.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı sektorunda sahibkarlar suvarma sahəsində problemlərlə bağlı müraciət edirlər.

"Bizim üçün bir nömrəli məsələ maliyyə institutlarına çıxışdır. Sosial yardım, subsidiya ilə maliyyə imkanı fərqlidir. Bizim fondlarda, təşkilatlarda yetərincə vəsait var. Səmərəli layihə olarsa, yardım edilir. Biz çalışırıq ki, sahibkarların maliyyə imkanlarına çıxışı olsun".

Aytən Zəhra
Azvision.az


Teqlər: MəhəmmədMusayev  





Xəbər lenti