Karantin dövründə heç kim işdən çıxarılmayıb - RƏSMİ
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.
"Pandemiya dövründə bu günə qədər işçilərin işdən kənar etmə halları olmayıb. İqtisadiyyat Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunu diqqətdə saxlayır. Karantin rejimi qısa müddətdə aradan qaldırılmalıdır ki, işçilər işdən kənar edilməsin. Amma bu günə qədər işçilər nəinki ixtisar olunub, əksinə sahibkarlar tərəfindən işə götürmə artıb. İctimai işlərlə bağlı əlavə iş yerləri yaradılıb".
Aytən Zəhra
Azvision.az