Karantin dövründə heç kim işdən çıxarılmayıb - RƏSMİ

 Karantin dövründə heç kim işdən çıxarılmayıb -   RƏSMİ
  15 May 2020    Oxunub:3779
Azərbaycanda iş adamlarının təşkilatlanması günün tələblərinə cavab verir. Müxtəlif rayonlarda sahibkarlar assosiasiyası, onları birləşdirən konfederasiya var.

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.
Onun sözlərinə görə, assosiasiyaların daha da güclənməsi, maddi-texniki bazanın yaxşılaşdırılmasına ehtiyac var.

"Pandemiya dövründə bu günə qədər işçilərin işdən kənar etmə halları olmayıb. İqtisadiyyat Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunu diqqətdə saxlayır. Karantin rejimi qısa müddətdə aradan qaldırılmalıdır ki, işçilər işdən kənar edilməsin. Amma bu günə qədər işçilər nəinki ixtisar olunub, əksinə sahibkarlar tərəfindən işə götürmə artıb. İctimai işlərlə bağlı əlavə iş yerləri yaradılıb".

Aytən Zəhra
Azvision.az


Teqlər: İş   Sahibkar  





Xəbər lenti