Naxçıvana yeni tibbi avadanlıqlar gətirilib

Naxçıvana yeni tibbi avadanlıqlar gətirilib
  15 May 2020    Oxunub:2986
Naxçıvan Muxtar Respublikasında pandemiya ilə mübarizə sahəsində görülən işlərlə bağlı tədbir keçirilib, bu məqsədlə alınan yeni tibbi avadanlıqlar muxtar respublikanın səhiyyə müəssisələrinə təqdim olunub
Azvision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

“Nəqşicahanmed” Məhdud Məsuliyyəti Cəmiyyətin direktoru Cəlal Kərimov məlumat verib ki, pandemiya ilə mübarizə məqsədilə 2 dəst Ekstrakorporal Membran Oksigenasiya cihazı, 20 stasionar süni tənəffüs aparatı, 4 portativ süni tənəffüs aparatı, 2 hemodializ cihazı, 4 mobil rentgen cihazı, 30 infuziya pompası, 20 yataqbaşı kardiomonitor, 10 elektrosorucu, 40 funksional və pediatrik çarpayı alınıb. Yeni avadanlıqlar Yoluxucu Xəstəliklər, Diqnostika-Müalicə və Doğum mərkəzlərinə, Naxçıvan Muxtar Respublika Xəstəxanasına, Uşaq Xəstəxanasına, Şərur, Culfa və Ordubad rayon mərkəzi xəstəxanalarına, eləcə də Ordubad Uşaq Xəstəxanasına verilib.

Ağciyərin və ürəyin fəaliyyətinin bərpasında, tənəffüs funksiyası pisləşən hallarda ağciyərlərə oksigen verilməsində, böyrəklərin fəaliyyətinin bərpa olunmasında, maye, qan və qan əvəzedicilərin damar daxilinə yeridilməsində, tənəffüs yollarına toplanan selik və digər ifrazatların təmizlənməsində istifadə olunacaq yeni avadanlıqlar bu sahədə tətbiq olunan ən müasir texnologiyaya əsaslanır.

Azvision.az


Teqlər: Naxçıvan   Səhiyyə  





Xəbər lenti