Daha bir küçədə yol hərəkəti təkmilləşdirilib - FOTOLAR

Daha bir küçədə yol hərəkəti təkmilləşdirilib -    FOTOLAR
  15 May 2020    Oxunub:3183
Paytaxt ərazisində yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması, piyada təhlükəsizliyinin təmin olunması istiqamətində növbəti tədbirlər Xətai rayonu, İnqilab İsmayılov küçəsində həyata keçirilib.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, qurum tərəfindən əvvəlcədən hazırlanmış layihəyə əsasən sözügedən küçədə səkilər inşa edilib, yolun hərəkət koridoru hər istiqamət üzrə 1 hərəkət zolağı olaraq layihələndirilməklə yolda yaranan ensiz boğazlar (butulka effekti) aradan qaldırılıb, nəqliyyat axınına maneə yaratmayacaq formada yeni “cib” tipli parklanma yerləri təşkil edilib, kəsişmələrdə və piyada keçidlərindən səki çıxıntıları inşa edilməklə keçidlər daha təhlükəsiz hala gətirilib.

Həmçinin avtobus dayanacaq məntəqələrinin yeri dəyişdirilməklə çarpaz formada yerləşdirilib.







Azvision.az


Teqlər: BNA   Yol  





Xəbər lenti