Ziya Bünyadov prospektinə giriş məhdudlaşdırılır

   Ziya Bünyadov prospektinə giriş məhdudlaşdırılır
  15 May 2020    Oxunub:4107
Mayın 16-17-də Ziya Bünyadov prospektinə "20 Yanvar dairəsi" istiqamətindən giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, məhdudlaşdırma təmir işləri ilə əlaqədardır.

Sürücülər alternativ olaraq Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.

Azvision.az


Teqlər: Ziya-Bünyadov   20Yanvar  





Xəbər lenti