Paşinyanın fraksiyasında gərginlik: Yeni baş nazir müzakirələri

 Paşinyanın fraksiyasında gərginlik:  Yeni baş nazir müzakirələri
  15 May 2020    Oxunub:3398
“Mənim addımım” blokunun bir sıra deputatları artıq baş nazir Nikol Paşinyana inanmırlar.
Azvision.az xəbər verir ki, bu barədə "İrates" nəşri yazıb.

Parlamentdə deputatlar arasındakı son davaya diqqət çəkən nəşr qeyd edib ki, fraksiyada böyük gərginlik yaşanır. Belə ki, Paşinyanın lazımi qərarlar ala bilməməsi hamını əsəbləşdirməyə və narahat etməyə başlayıb.

"Məyus olanlar həddindən artıq çoxdur və onlar Paşinyanın bu vəziyyətin öhdəsindən gələ biləcəyinə şübhə edirlər. Üstəlik, parlamentin kluarlarında yeni baş nazirlə bağlı pıçıltılar başlayıb", - deyə nəşr yazıb.

O da vurğulanıb ki, deputatlar arasında iki variant - “Parlaq Ermənistan” partiyasının və eyniadlı fraksiyanın rəhbəri Edmon Marukyan və baş nazirin müavini Tiqran Avinyanla bağlı müzakirələr gedir.

Xatırladaq ki, daha əvvəl Paşinyanla görüşən Marukyan baş nazir vəzifəsinə iddialı olduğunu bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti