Baş Prokurorluğa yeni şöbə rəisi təyin edildi

   Baş Prokurorluğa yeni şöbə rəisi təyin edildi
  15 May 2020    Oxunub:4610
Baş Prokurorluqda yeni təyinat olub.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Azvision.az -a bildirib ki, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya təminatı idarəsinin prokuroru Rəhim Səfərəliyev tutduğu vəzifədən azad olunaraq ona Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi vəzifəsinin icrası həvalə olunub.

E.Sultanov, həmçinin qeyd edib ki, R.Səfərəliyev 1992–2013-cü illərdə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsində müxtəlif vəzifələrdə, 2013-2015-ci illərdə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində məsləhətçi və sektor müdiri, 2015-ci ildən isə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya təminatı idarəsinin prokuroru vəzifələrində çalışıb.

Azvision.az


Teqlər: Baş-Prpkurorluq   Rəis   Şöbə  





Xəbər lenti