Toy və yas mərasimlərinə qoyulan qadağa qalır - RƏSMİ

 Toy və yas mərasimlərinə qoyulan qadağa qalır -  RƏSMİ
  15 May 2020    Oxunub:4668
Azərbaycanda yas və toy məclisləri ilə bağlı məhdudiyyət qüvvədə qalır.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması bağlı məhdudiyyət qüvvədə qalıb.

Eyni zamanda, toy məslislərinin təşkilinin qadağan olunması; bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması; tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması qərarı da qüvvədədir

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.

Azvision.az


Teqlər: Toy   Yas   Qadağa  





Xəbər lenti