“Gündəlik maska istehsalı 500 minə çatdırılıb” - İbrahim Məmmədov
Onun sözlərinə görə, ötən dövrdə aidiyyatı qurumlar təşkilati, tibbi müalicəvi təcrübə əldə ediblər.
"Aidiyyatı qurumlar ciddi maddi-texniki baza yaratmağa nail olublar. Bütün bunlar imkan verir ki, koronavirusla mübarizə ilə yanaşı, paralel həyatımıza davam edək və işləyək. Növbəti mərhələ bunu nəzərdə tutur. Ölkəmiz 2 ay ərzində koronavirusla aktiv mübarizə mərhələsində olub. Bu mübarizədə lazım olan avadanlıqların istehsalı təmin olunub, bəzi məhsullar üzrə xaricdən asılılığı minimuma endirimişik, bir çoxları üzrə isə özümüzü təmin edirik".
İ.Məmmədov bildirib ki, ölkədə gündəlik tibbi maska istehsalı 500 minə çatdırılıb: "Bundan əlavə, 6 min birdəfəlik geyim istehsalı mümkün olacaq. Bu da müxtəlif infeksiyalara qarşı qorunmağa imkan verir".
Aytən Zəhra
Azvision.az
Teqlər: Nazirlər-Kabineti