TƏBİB: “Yevlaxda 64 nəfər koronavirusa yoluxub”

      TƏBİB:    “Yevlaxda 64 nəfər koronavirusa yoluxub”
  15 May 2020    Oxunub:10585
Koronavirusla mübarizəni şərti olaraq iki mərhələyə ayırmışıq. Birinci, yoluxma hallarının aşkarlanması və məhdudiyyətlərin tətbiq edilməsi idi. Azərbaycanda birinci mərhələ ilk təsdiq edilmiş halla başladı. Bu, fevral ayının 26-da oldu.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda pandemiya ilə mübarizənin ikinci mərhələsindəyik.

"Bu dövrdə məhdudiyyət şərtləri tədricən aradan qaldırılır, buna aprel ayının 27-dən başlanılıb. Yumşalmanın birinci dövründə yoluxma halları artıb və buna uyğun əks-epidemik tədbirlər görülüb. Gəncə şəhərində aparılan tədbirlər nəticəsində müəyyən qədər xəstəliyin yayılmasının qarşısı alınıb. Lakin bir çox bölgələrdən olan statistik nəticələr ürəkaçan deyil".

R.Bayramlı bildirib ki, Yevlax rayonunda 64 sakində koronavirus aşkar olunub, orada daha ciddi tədbirlərin görülməsinə ehtiyac var: "Yoluxmanın yüksək olduğu yerlərdən biri də Lənkərandır. Boladi kəndində 16 fakt, Şiləvar kəndində 8 fakt, Şaxlağar kəndində 31 fakt və Vilvan kəndində 11 fakt aşkarlanıb".

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti