Mayın 2-dən sonra koronavirusa yoluxma artıb

 Mayın 2-dən sonra koronavirusa yoluxma artıb
  15 May 2020    Oxunub:5253
Koronavirusa yoluxma halları 13 aprel tarixinə qədər artıb, 13-27 apreldə azalıb, 27 aprel-2 may tarixlərində sabitləşib, mayın 2-dən bu günə qədər davamlı şəkildə artıb.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında deyib.

Onun sözlərinə görə, virusun yoluxma sürəti 27-31 mart tarixlərində yüksək olub, aprel ayının əvvəlindən başlayaraq tətbiq edilən məhdudiyyətlər nəticəsində yoluxma azalıb, 5-15 aprel tarixlərində minumuma enib.

"Bu dövrdə yoluxma halları 46 faizə qədər azalıb. May ayının əvvəlindən başlayaraq təsdiq edilmiş yoluxma hallarının sayı təkrar artıb. Bu da məhdudiyyətlərin aradan qaldırılması ilə bağlıdır".

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti