Koronaviruslu xəstələrin vəziyyəti necədir? - AÇIQLAMA

   Koronaviruslu xəstələrin vəziyyəti necədir? -  AÇIQLAMA
  15 May 2020    Oxunub:3851
Bu günə qədər koronavirusa yoluxmuş xəstələrin təxminən 76,7 faizində yüngül simptomlar aşkarlanıb, 23-24 faizində müxtəlif simptomlar ciddi halda müşahidə edilib. Onların 7,1 faizinin vəziyyəti kafi, 11-12 faizinin vəziyyəti orta ağır, 4-5 faiz xəstələrin vəziyyəti ağır kimi qiymətləndirilib.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müalicə alan xəstələrdə yanaşı gedən xəstəliklər əsasən şəkərli diabet - II tip, arterial hiporteniya, ürəyin işemik xəstəliyi, xroniki böyrək çatışmazlığı və ağciyər xəstəlikləri olub.

"Ümumilikdə, xəstələrin 1,6 faizinin süni tənəffüs cihazına ehtiyacı yaranıb. 4-10 may tarixlərində yoluxma halları üzrə ən yüksək rəqəmi müşahidə etmişik. Hazırda yoluxanların sayının artım tendensiyasını, sağalanların az olmasını müşahidə edirik".

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB  





Xəbər lenti