“Qadınlar arasında yoluxma 57 faizə çatıb” - TƏBİB sədri

 “Qadınlar arasında yoluxma 57 faizə çatıb” -    TƏBİB sədri
  15 May 2020    Oxunub:5093
Koronavirusa yoluxanların 22 faizi 50-59 yaş, 18 faizi 30-39 yaş, 5 faizi 0-9 yaş arasında olanlar, 2 faizi isə 80 yaşdan yuxarı şəxslərdir.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən həftə yoluxma ilə müqayisədə qadınlar arasında yoluxma halları 57 faizə qədər yüksəlib.

"Vəfat edənlərin 36 faizi 60-69 yaş arasında, 6 faizi 40-49 yaş arasında, 11 faizi 80 yaşdan yuxarı, 27 faizi 70-79 yaş, 22 faizi 50-59 yaş arasında olanlardır. Hazırda yoluxanlarla müqayisədə sağalanların sayı azdır".

R.Bayramlı bildirib ki, virusun yayılması artarsa, ağırlaşma halları da çox ola bilər.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB  





Xəbər lenti