TƏBİB sədri vətəndaşları liftdən istifadə etməməyə çağırdı

   TƏBİB sədri vətəndaşları liftdən istifadə etməməyə çağırdı
  15 May 2020    Oxunub:4559
Koronavirusa yoluxma halları üçün ən riskli yerlər şəhərdəki ofislər, biznes mərkəzləridir.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bir çox biznes mərkəzlərinin liftləri tam gücü ilə işləyir və gün ərzində azı 1000 giriş-çıxış olur.

"Liftlərdən istifadə minimuma endirilməlidir, insanlar pilləkənlərdən istifadə etməlidirlər. Biznes mərkəzlərində maskalardan istifadə və sosial məsafə qaydalarına ciddi riayət edilməlidir".

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti