“Xəstələrin çoxu ağır vəziyyətdə müraciət edir” - Ramin Bayramlı

 “Xəstələrin çoxu ağır vəziyyətdə müraciət edir” -    Ramin Bayramlı
  15 May 2020    Oxunub:4238
Koronavirusdan vəfat edənlərin əksəriyyətinin yanaşı gedən xəstəlikləri olub və onların çoxu gecikmiş halda bizə müraciət ediblər.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, koronavirusdan vəfat edənlər yoluxanların 12 faizini təşkil edir.

"Bəzi yerlərdə evdə özlərini müalicə etməyə cəhd edirlər, adi soyuqdəymə kimi qəbul edirlər. Ağır vəziyyətdə tənəffüs aparatlarına qoşulma göstərir ki, vaxtında müraciət etmək lazımdır. Xüsusilə ağır yanaşı gedən xəstəlikləri olanlar gecikdiriləndə kömək etmək çətin olur. Qısa müddət ərzində onları itiririk".

Aytən Zəhra
Azvision.az



Teqlər: TƏBİB  





Xəbər lenti