1753 tibb işçisi koronavirusla mübarizəyə cəlb olunub

 1753 tibb işçisi koronavirusla mübarizəyə cəlb olunub
  15 May 2020    Oxunub:3381
Azərbaycanda koronavirusla əlaqəli tibb müəssisələrində çalışmaq üçün 1753 tibb işçisi səfərbər edilib. Onlardan 720 nəfəri tibb bacısıdır.
Azvision.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

TƏBİB sədri bildirib ki, modul tipli xəstəxanalar üçün heyət hazırlanır: "Virusla mübarizə üçün tibbi heyətin 3000 min nəfərə çatdırılması planlaşdırılır".

O qeyd edib ki, məhdudiyyətlərin aradan qaldırılmasından sonrakı mərhələ təhlil edilir: "Bundan sonrakı mərhələ üçün qərarlar qəbul ediləcək".

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti