“Əvvəlki həyata qayıdacağımızı düşünməməliyik” - TƏBİB sədri

  15 May 2020    Oxunub : 3449
 “Əvvəlki həyata qayıdacağımızı düşünməməliyik” - TƏBİB sədri
"Bayram günləri və həftə sonları məhdudiyyətlərin olması barədə müzakirələr gedir".
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əvvəlki yaşayış tərzinə, əvvəlki həyata qayıdacağımız barədə düşünməməliyik:

"Hələ uzun müddət qaydalara riayət etməliyik. Kontrollu sosial həyat əsas devizimiz olmalıdır. Tibbi maska və sosial məsafənin gözlənilməsinə birlikdə əməl olunmalıdır".

Aytən Zəhra
Azvision.az

Teqlər: TƏBİB