TƏBİB: Karantin rejimi ilin sonunadək davam edəcək

  TƏBİB:  Karantin rejimi ilin sonunadək davam edəcək
  15 May 2020    Oxunub:4108
"Bu ilin sonuna qədər ölkədə karantin rejimi davam edəcək"
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, xüsusi karantin rejimi dövrü və gələcəkdə karantin rejimi adlandırdığımız dövr var.

"Ola bilsin ki, xüsusi karantin rejimindən tez çıxdıq. Bizim tibbi imkanlarımız, maddi-texniki imkanlarımız xəstələrin vaxtında aşkar olunmasına və müalicəsinə adekvatdır. Karantin rejiminin sərtləşdirilməsi və yumşaldılması prosesi vətəndaşların sosial məsuliyyətindən asılı olacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Sədr  





Xəbər lenti