Məhbusların koronavirusa yoluxma səbəbi məlum oldu

   Məhbusların koronavirusa yoluxma səbəbi məlum oldu
  15 May 2020    Oxunub:3494
Cəzaçəkmə müəssisələrində olan məhbusların bir qismi nəzarət altında digər tibb müəsissələrində müalicəyə cəlb edilir. Məhbuslar tibb müəssisələrində koronavirusa yoluxublar.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mart ayının əvvəlindən qapalı cəzaçəkmə müəssisələrində giriş-çıxış bağlı elan edilib: "Bura gedən əməkdaşlar və çalışanlar da xüsusi rejimə əməl edirlər. Lakin xroniki xəstələrin tibb müəssisələrində yoluxması ön plandadır. İmmun sisteminin zəifliyi nəticəsində yoluxma yüksəkdir. Qapalı müəssisəyə infeksiya daşındıqda virusun yoluxma halı yüksək olur. Yaxın təmas nəticəsində yoluxma artır. Virusa yoluxmanın qarşısını almaq üçün müvafiq qurumlar birgə xidmət göstərir".

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Sədr  





Xəbər lenti